Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədliyyə nazirindən Qərbə sərt MESAJ: "Sizin nə həddinizə..."

Ədliyyə nazirindən Qərbə sərt MESAJ: "Sizin nə həddinizə..."

Date: 4 November 2016 20:12

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Ankarada bəyanatla çıxış edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, nazir bildirib ki, noyabrın 4-də Diyarbəkirin Bağlar rayonunda bombalı maşının partladılması nəticəsində bir çox vətəndaş yaralanıb, bir mülki şəxs və polislər  şəhid olub.

"Türkiyə terrorizmlə fəal mübarizə aparır. Bir tərəfdən PKK var, bir tərəfdən Suriyadakı çıxıntıları var. Digər tərəfdən İŞİD, FETÖ var. Ən azı 10 dənə terror təşkilatıyla eyni zamanda mübarizə aparan ikinci bir ölkə yoxdur. Beynəlxalq ictimaiyyət terrorla mübarizə məsələsində kifayət qədər dəstək vermir", - Bəkir Bozdağ vurğulayıb.
 
Nazir HDP-li deputatların həbsindən narahat olan Qərb dövlətlərinə mesaj göndərib:

"Türkiyədə baş verən hadisələrin, demək olar ki, hamısına Almaniya rəsmiləri münasibət bildirilər. Türkiyənin müstəqil, suveren bir dövlət olduğunu, Türk düşüncəsinin da alman mühakiməsi qədər müstəqil və tərəfsiz bir rəy olduğunu onlar görmək, anlamaq məcburiyyətindədirlər. Siz Türkiyənin daxili işinə qarışa bilməzsiniz. Bizim daxili işlərimizə qarışmaq nə Almaniya ədliyyə nazirinin, nə də kansler Merkelin də həddinədir. Bu, heç bir ölkənin həddinə düşməyib.
Türkiyəni insan haqları və hüquqi dövlət prinsipləri çərçivəsində başqaları ilə müqayisə edənlər, əvvəl dönüb özlərinə baxmalıdır".

Milli.Az


Tags:  Ədliyyə nazirindən Qərbə sərt MESAJ Sizin həddinizə

RƏYLƏR


Top news