Yağış Tovuzda dağ uçqununa səbəb olub. ARB TV xəbər verir ki, aramsız yağışlar nəticəsində rayonun Qoşa kəndi ərazisində iri qaya parçaları yola tökülüb.
Nəticədə Tovuzdan Böyük Qışlaq və Qoşa kəndlərinə gedən
avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb. Aidiyyatı
qurumlar məlumatlandırılıb. İri daşlar yoldan təmizlənib.
Hadisədən bir neçə saat sonra Tovuz-Böyük Qışlaq avtomobil yolunda
hərəkət bərpa edilib.