Almaniya yığmasının qapıçısı restler oldu – VİDEO - FOTO

Almaniya yığmasının qapıçısı restler oldu – VİDEO - FOTO
20:27 4 Noyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

34 yaşlı qolkiper Tim Vize reslinq üzrə yarışlarda uğurla debüt edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ekstravaqant qolkiper karyerasını futbol üçün çox tez - 32 yaşında bitirdi. Bundan sonra isə "DÇ-2010" və "DÇ-2012"-nin gümüş mükafatçısı trenajor zalında böyük səylə məşq edərək əzələ kütləsi yığmağa başladı. Hazırda onun işçi çəkisi 130 kq-dır.

İlk rəsmi döyüşündə Vize "3X3" formatında çıxış edib. Sabiq futbolçunun tərəfdaşları Sezaro və Şeymus təxəllüslü döyüşçülər, rəqibləri isə Primo, Epik və Bo Dallas olub. Qələbə Vize və komandasına nəsib olub.

O, qolkiper olduğu zaman "Buldoq" ləqəbi qazanmışdı.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR