Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röya sevgilisinə görə ağladı: "Darıxıram"

Röya sevgilisinə görə ağladı: "Darıxıram"

Date: 4 November 2016 20:37

"Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram, amma kim üçün deməyəcəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan "Asan radio"da Emin Musəvinin qonağı olarkən deyib. Müğənninin oxuduğu "Sənə ehtiyacım var" mahnısı səsləndirilərkən duyğulu anlar yaşayıb.

O, aparıcının "Kim üçün darıxdığını demirsənsə, verilişi dayandıraq gedək. Səmimiyyətdən danışırıq, amma ad demirik. İndi yəqin o adam göz qabağındadır" sözlərinə belə cavab verib:  

"Darıxıram. O mənim gözümün önündən heç vaxt getmir".  

E.Musəvi "Niyə zəng etmirsən ki, həyatına qayıtsın? Azad qadınsan" söyləyib.

"Yox, olmaz" deyən, Röya göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, R.Ayxanın bir müddətdir sevgi yaşadığı məmur oğlu ilə yolları ayrılıb. Bir müddət əvvəl müğənni "Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin" açıqlamasını da vermişdi.

Milli.Az


Tags:  Röya sevgilisinə ağladı Darıxıram

RƏYLƏR


Top news