Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təcili qan lazımdır

Təcili qan lazımdır

Date: 4 November 2016 21:22

Mərkəzi Qan Bankında qeydiyyatda olan 10 nəfərdən çox talassemiyalı xəstəyə B(III) mənfi qan tələb olunur. Milli.Az Mərkəzi Qan Bankının rəsmi Facebook səhifəsinə istinadən bildirir ki, göstərilən qan qrupuna aid olan vətəndaşlardan Mərkəzi Qan Bankına yaxınlaşaraq həmin xəstələr üçün qan verməkləri xahiş olunur.

Bu insanların həyatda qalması Sizin verəcəyiniz qandan asılıdır. Qan verin ki, həyat qurtarasınız.

Mərkəzi Qan Bankının məlumatında o da qeyd olunub ki, bugünkü tələbatı qarşılaya biləcək qədər qan ehtiyatı mövcuddur. Lakin irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yeni götürülmüş qan komponentlərinin köçürülməsi daha məqsədəuyğundur.
Bu səbəbdən Mərkəzi Qan Bankı, vətəndaşların yardımına ehtiyac duyulduğu üçün müraciət edib. Qan qrupu B(III) mənfi olan 10 nəfərdən çox talassemiyalı xəstəyə yeni qanlar buraxılmalıdır.

B(III) mənfi qan qrupuna mənsub olan insanların Mərkəzi Qan Bankına müraciət edərək donorluq etməsi xahiş olunur. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması sizin verəcəyiniz qanlardan asılıdır.

Ünvan: Akademik Mirəli Qaşqay 87 (Nəsimi bazarının yanı)
Telefonlar: (012) 440 65 86; (050) 500 70 02

Milli.Az


Tags:  Təcili qan lazımdır

RƏYLƏR


Top news