Avstraliyalı aktrisa Nikol Kidman “Dior” brendinin geyimləri ilə kamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kidman “Town & Country Magazine” jurnalı üçün fotolar çəkdirib.
Qadınlığı və seksuallığını nümayiş etdirməyə çalışan Nikol geyimini zərif dumanlı göz makiyajı ilə tamamlayıb. Kidman yeni rol aldığı film haqqında təəssüratlarını da bölüşüb:
“Bu film mənim üçün çox əhəmiyyətlidir, çünki övladlığa götürülmüş uşaqların anası obrazını canlandırıram. Mənim obrazım “Syu” xarakterimə çox yaxındır. Ona görə də dəlicəsinə istəyirəm ki, bu obrazı canlandırım”.