Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

800 qr-lıq körpə uğurla əməliyyat olunub

800 qr-lıq körpə uğurla əməliyyat olunub

Date: 4 November 2016 22:05

Rusiyanın Ulan-Ude şəhərində qeyri-adi unikal cərrahi əməliyyat keçirilib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, vaxtından əvvəl doğulmuş 800 qr-lıq körpə çox ciddi mədə-bağırsaq patologiyaları ilə dünyaya gəlib - körpənin bağırsaqları qarın boşluğunda deyil, bayırda idi, qida borusu ilə mədə bitişməyib. Uşağa təcili əməliyyat tələb olunurdu, əks halada körpə tez bir zamanda həlak ola bilərdi.

İlk əməliyyat zamanı cərrahlar uşağın bağırsaqlarını qarın boşluğuna yerləşdiriblər. 2 gündən sonra isə növbəti əməliyyat zamanı mədə borusunun mədə ilə əlaqəsi bərpa olunub.  Hər iki əməliyyat çox uğurla keçib.

Milli.Az


Tags:  800 qr-lıq körpə uğurla əməliyyat olunub

RƏYLƏR


Top news