Soqan-sarısaq qarışığı - soyuqdəymə və qripp sizi qorxutmasın!

Soqan-sarısaq qarışığı - soyuqdəymə və qripp sizi qorxutmasın!
22:37 4 Noyabr 2016
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən güclü mikrob və virus əleyhinə təsirə malikdir. Soğan və sarımsağı "təbii antibiotiklər" adlandırmaq olar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, soyuq fəsillərdə soğan və sarımsağın köməyi ilə biz özümüzü bir çox mikrob və viruslardan qoruya bilərik.

"Komsomolskaya pravda" qəzetinə müsahibəsində tanınmış rus alimi, professor Sergey Nikolayev soyuq fəsillərdə özünü soyuqdəymə və qripp xəstəliklərindən qorumaq üçün soğan-sarımsaq şirəsindən istifadə etməyi tövsiyə edir. Bu reseptin müəllifləri qədim Tibet təbibləridir.

Qarışığı hazırlamaq üçün 1 baş soğan və 1 baş sarımsaq təmizlənir, sürtgəcdən keçirilir, qarışdırılır, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökülür, 3 gün sərin qaranlıq yerdə saxlanılır, vaxtaşırı olaraq qarışdırılır. 3 gündən sonra qarışığı yaxşı süzün və gün ərzində 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. Hazır qarışığı soyuducuda saxlayın.

Qarışığı həmçinin soyuqdəymə və qripp zamanı sağalmanı tezləşdirmək məqsədi ilə qəbul etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/486382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR