Dünyanın ən güclü qadını təqaüdə hazırlaşır - FOTO

Dünyanın ən güclü qadını təqaüdə hazırlaşır - FOTO
22:52 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qarışıq döyüş növlərində dünyanın ən güclü qadın idmançılarından sayılan Ronda Rouz karyerasını başa vuracağına işarə edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, dekabrın 30-da Las-Veqasda Amanda Nunyeslə rinqə çıxacaq Rouz pərəstişkarlarını üzən açıqlama verib: "Son döyüşlərimdən biri olacaq. Hər kəs diqqətlə izləsin. Şou sonsuza qədər davam edə bilməz. Hər şeyin bir sonu olur".

Cüdo üzrə Olimpiya medalı olan, son dövrlərdə isə Hollivud filmlərində tez-tez görünən 29 yaşlı Ronda bir döyüşə hazırlaşmaq üçün uzun müddət lazım olduğunu bildirib. Bundan bezdiyini deyən qadın idmançı sözlərini belə yekunlaşdırıb: "Bu dəqiqə rinqə çıxıb döyüşsəm heç bir problem yoxdur. Ancaq bu döyüşün proqramı bir neçə həftə əvvəldən hazırlanır və gözləmək adamı çox yorur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR