Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yumurta ilə gözəlləşin

Yumurta ilə gözəlləşin

Date: 4 November 2016 23:11

Bir çox vasitələrlə dəriyə qulluq edilsə də, yumurtanın əvəzsiz faydaları var.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu üsulları tətbiq etməklə özünüz də nəticənin şahidi olacaqsınız.

Üz dərinizi gözəlləşdirin:

Üzünüzü və boynunuzu ilıq su ilə yuyun. Bir yumurtanı çalaraq köpük halına gətirin. Dodaq və göz ətrafınız xaric bütün üzünüzə və boynunuza tətbiq edin. 15-20 dəqiqə gözlədikdən sonra nəmli salfetlə silin.

Sızanaqlara qarşı istifadə edin:

Üzünüzü yuyub durulayın. Yumurta ağını köpük halına gətirib 2 qaşıq limon suyu ilə qarışdırın. Yarım qaşıq bal əlavə edin. Dodaq və göz ətrafınız xaric üzünüzə tətbiq edib 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Göz qapaqlarını qaldırın:

Göz qapaqlarınızı təmizləyib qurulayın. Bir yumurta sarısını köpük halına gətirənə qədər qarışdırın. Qırış olan bölgələrə sürtün və quruyana qədər gözlərinizi açmayın. Daha sonra təmizləyin.

Gözaltı şişkinliklərə və qaraltılara son:

Göz altlarınızı yaxşıca təmizləyib qurulayın. Yumurtanın içini çıxarıb diqqətlə pərdəsini soyun. Çıxardığınız pərdəni gözlərinin altına tətbiq edin. Gözlərinizlə təmas etməməsinə diqqət edin. Daha sonra ilıq su ilə yuyun.

Saçlarınızı canlandırın:

1-2 yumurta sarısını qarışdırın, əzilmiş yarım avokado əlavə edib qarışdırın. Saçlarınıza tətbiq edib 30 dəqiqə gözləyin. Yumurtaların bişməməsi üçün soyuq su ilə yuyun.


Tags:  Yumurta gözəlləşin

RƏYLƏR


Top news