10 qardaş cəbhəyə yollandı və hamısı...

10 qardaş cəbhəyə yollandı və hamısı...
23:12 4 Noyabr 2016
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ukraynanın Çerkask vilayətinin Brovaxi kəndində yaşamış çoxuşaqlı Lısenko ailəsinin övladları ilə bağlı maraqlı fakt bu ölkənin, habelə Rusiya mətbuatının gündəmindən düşmür.

Milli.Az publika.az-a istinadən bildirir ki, buna səbəb ailənin 10 övladının hamısının Böyük Vətən Müharibəsindən sağ-salamat qayıtmasıdır.

On altı uşağın böyüdüyü ailənin 10 övladı müxtəlif vaxtlarda faşistlərlə döyüşə yollanıb. Onlar ayrı-ayrı cəbhələrdə almanlara və onların müttəfiqlərinə qarşı döyüşüblər.

On qardaşın bəziləri ağır döyüşlərdə yaralansalar da, hamısı evə sağ-salamat qayıdıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR