"Soyunmasan, uğur qazana bilməyəcəksən" - FOTO

"Soyunmasan, uğur qazana bilməyəcəksən" - FOTO
23:12 4 Noyabr 2016
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

33 yaşlı dünya şöhrətli aktrisa Mila Kunis qadın olduğu üçün film sənayesində dəfələrlə mənəvi təcavüzə məruz qaldığını açıqlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Mila Kunis karyerasında yaşadığı çətinliklərdən və Hollivudda kino dünyasında hökm sürən seksizmdən danışıb. Aktrisa hətta onunla əşya kimi rəftar edildiyini etiraf edib: "Karyeram boyu alçaldıldım, az maaş aldım, fikirlərimə hörmət edilmədiyini gördüm. Və bütün bunlar yalnız cinsim üzündən oldu. Əgər bir qadın kino sektorunda uğur əldə edə biləcəksə, kişilərin qaydaları ilə oynamaq məcburiyyətində olduğunu düşündüm. Və ən pisi bu oyuna alət olmuşam. Ancaq yaşlaşdıqca və bu sektorda təcrübə əldə etdikcə anladım ki bu, axmaqlıqdır".

Mila xatırladıb ki, bir dəfə prodüseri filmin irəliləməsi üçün onu kişi jurnalı üçün yarıçılpaq şəkil çəkdirməyə inandırmağa çalışıb, amma rədd cavabı alanda təhdid ilə bildirib ki, o, bu şəhərdə heç vaxt işləməyəcək. Prodüseri ona bildirib ki, soyunmasan karyeranda uğur qazana bilməyəcəksən.

Aktrisa kişilərlə bağlı digər şikayətlərini də dilə gətirib: "Bir gün başıma bu əhvalat gəldi: Üç qadın birləşdik və bir tikinti şirkəti yaratdıq. Layihəmizi izah etmək üçün ofisinə getdiyimiz təcrübəli işçi məndən Eştonın həyat yoldaşı və uşaqlarının anası deyə bəhs etdi. Mənim qadın dəyərimi rədd etdi və məni uğurlu bir adamın arvadı və uşaqlarının anası kimi gördü. Məni və komandamın uğurlarını görməməzliyə vurdu".

Məlumat üçün bildirək ki, əslən ukraynalı olan aktrisa həmkarı Eşton Kutçer ilə evlidir. Cütlüyün bir qız var, hazırda Mila ilə Eşton ikinci uşaqlarının dünyaya gəlməsini gözləyir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR