Selyuk: "Qvardiola ilə sülh istəyirik"

Selyuk: "Qvardiola ilə sülh istəyirik"
23:22 4 Noyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Yaya Turenin agenti Dmitri Selyuk maraqlarını təmsil etdiyi futbolçunun "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardioladan üzr istəməsini dəstəkləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rusiyalı futbol agenti bunları qeyd edib:

"Mən Yaya ilə danışdım. Xahiş etdi ki, Qvardioladan üzr istəyim. Situasiyanı yaxşılığa doğru dəyişmək lazımdır. Çünki Ture və "Mançester Siti" iki yol arasında qalıb. Düşünmürəm ki, Pep məni sevməyə başlayacaq. Amma əsas olan keçmişdəki inciklikləri unudub yeni münasibətlər qurmaqdır. Bu, tərəfimizdən səmimi bir jestdir. Ümid edirəm ki, Qvardiola məni başa düşər və münasibətlərdə yeni səhifə açarıq. Onun Tureni əsas komandaya qaytarmasına ümid edirəm. Bunu etməsə belə, onun haqqında mediada heç nə danışası deyiləm. Bu ismarıcı qoymaq istədim, çünki Qvardiola zənglərimə cavab vermir. Eyni zamanda düşünürəm ki, sözlərimi ictimaiyyət də oxumalıdır. Mən sülhə ilk addımları atan biriyəm".

"TalkSport"a açıqlamasında isə Selyuk fərqli danışıb: "Biz sülh olmasını istəyirik, amma mən üzr istəmirəm. Nəyə görə? Bəlkə də, Ture bilmədiyim bir şeyə görə üzr istəyib. Ola bilər, Ture Qvardiola barışıq olmağını istəyir. Bir çox insanlar Tureni meydanda görmək istəyir. O, uğurlu nəticələr qazanmaqda "Siti"yə kömək etməyə çalışır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR