Futbolsuz qala bilmədi, üzr istədi

Futbolsuz qala bilmədi, üzr istədi
23:32 4 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Yaya Ture "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə bütün konfliktlərə görə üzr istəyib və yenidən meydana çıxmaq istədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, kot-d`ivuarlı futbolçu agenti Dmitri Selyukun əvəzinə də üzrxahlıq edib.

"Keçmişdə baş vermiş anlaşılmazlıqlara görə öz adımdan və maraqlarımı təmsil edən şəxslərin adından üzr istəyirəm. Verilən bəyanatlar isə klub və orda çalışan insanlara aid fikrimi əks etdirmir. "Mançester Siti"yə dərin hörmətim var. Klubun tarixində oynadığım rola görə fəxr edirəm və yenidən komandaya kömək etmək istəyirəm. Futbol oynamaq və azarkeşlərə sevinc bəxş etmək üçün yaşayıram. Bu nöqtədə məni dəstəkləyən azarkeşlərə təşəkkürümü bildiriəm. Mənə və ailəmə bunlar çox önəmlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR