Altmış il sonra irəli sürülən ittiham

Altmış il sonra irəli sürülən ittiham
23:32 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Çexiyanın hüquq-mühafizə orqanları Çexoslovakiya Kommunist Partiyasının 93 yaşlı funksionerinə qarşı ittihamlar irəli sürüb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, 1950-ci illərdə hakim siyasi rejimin qolçomaq elan etdiyi kəndlilərin öz mülklərindən köçürülməsində fəal iştirak edib. Həmin şəxs onlarla ailəni evsiz qoyub.

İttihamların irəli sürülməsini Daxili İşlər Nazirliyinin kommunizm cinayətlərini sənədləşdirmə və araşdırma üzrə komitəsinin əməkdaşı Eva Mixalkova təsdiqləyib. Bu cinayətə görə iki ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR