İŞİD hərbçiləri belə edam etdi (FOTO)

İŞİD hərbçiləri belə edam etdi (FOTO)
21:26 5 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması daha 8 nəfəri edam edib.

ANS PRESS-in məlumatına görə, terrorçuların bu dəfəki qurbanları İraq ordusunun hərbçiləri olub.

8 nəfərin hamısı başlarından güllə ilə vurularaq edam olunub. İŞİD-in yaydığı edam videosunun yüksək keyfiyətli olması da diqqət çəkib.

Terrorçular İraqın Səlahəddin vilayətində reallaşdırdığı edamın fotoşəkillərini də internetdə paylaşıb. Öldürülən İraq əsgərlərinin üzərində narıncı paltar olub. İŞİD-in başlarını kəsərək öldürdüyü girovların üzərində də ABŞ-ın Quantanamo bazasında saxlanılan məhkumlara geyindirilən narıncı paltarlar olmuşdu.

Terrorçular öldürülənlərin İraq ordusu üçün casusluq etdiyini iddia edib.


































Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR