Karyerasını "Midlsbro"da davam etdirən Alvaro Neqredo "Mançester Siti"ni tərk edib "Valensiya" klubuna keçməyindən peşman olduğunu deyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, müqavilə ilə hələ də "yarasalar"a məxsus olan təcrübəli hücumçu bunları deyib:
""Mançester Siti" ilə mövsümə yaxşı başlamışdım. Tam hazır olduğum vaxt azarkeşlərə nəyə qadir olduğumu görürdü. Amma fevralda çiynimdən zədə aldım və heç cür formanı bərpa edə bilmədim. Kiçik zədələrdən əziyyət çəkəndə əvvəlki səviyyəyə qayıtmaq çətin olur. Baş məşqçinin etimadını qaytarmağın çətin olduğunu görürdüm. Təəssüf ki, hər şey istədiyim kimi getmədi. Fikrimcə, "Siti"ni tərk edib İspaniyaya qayıtmaq barədə qərar verməklə səhv etdim. Xoşbəxtlikdən, yenidən İngiltərəyə qayıtmaq şansı qazandım".
Milli.Az