Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Banklara valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq edildi - VİDEO

Banklara valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq edildi - VİDEO

Date: 5 November 2016 01:23

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta mübadiləsi əməliyyatlarına həssas yanaşılması tələbi ilə banklara xəbərdarlıq edib.

Palatanın direktorlar şurasının sədri Rüfət Aslanlı deyir ki, qanunsuz valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar var. Belə faktlar aşkar olunan kimi hüquq mühafizə orqanlarına məlumat verilir.

Bir müddət əvvəl KİV-də bir neçə bankın lisenziyasının ləğv ediləcəyi ilə bağlı xəbərlər dərc edilmişdi.

Rüfət Aslanlı belə xəbərlərin əsasının olmadığını vurğulayıb.

Bankların maliyyə dayanıqlığının artırılması istiqamətində mühüm addımlar atılacaq. Bu məqsədlə qanunvericilik bazasının təkmillləşdirilməsi gündəmdədir.

"Banklar haqqında" qanuna da əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb.


Tags:  Banklara valyuta mübadiləsi bağlı xəbərdarlıq edildi VİDEO

RƏYLƏR


Top news