Evləri var, amma bir ildir çadırda yaşayırlar - SƏBƏB (VİDEO)

Evləri var, amma bir ildir çadırda yaşayırlar - SƏBƏB (VİDEO)
01:43 5 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Astaranın Ovala kəndində 2015 -ci ildə intensiv yağışlar səbəbindən Qiyas Baxşıyevə məxsus yaşayış evində çökmələr və çatlar əmələ gəlib.

Ev sahibinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və rayon icra hakimiyyətinin əməkdaşları evə baxış keçiriblər. Verilmiş rəy əsasında evin qəzalı vəziyyətdə olması və ailənin müvəqqəti çadırla təmin olunması qərara alınıb. Və ailə bir ildir çadırda yaşayır.

Evdə iri çatlar əmələ gəldiyindən sahibləri onun tamamilə dağılmasından ehtiyat edir, aidiyyatı qurumlardan kömək gözləyirlər.

Astara rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı evlə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və mütəxəssislər bərpa-gücləndirmə işlərinin aparılacağını bildiriblər.

Qarşıdan qışın gəlməsini nəzərə alan ailə problemlərinin tezliklə həll olunmasını istəyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR