Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ya əks təsir edir, ya da heç təsiri yoxdur - Belə dərmanlarla bağlı hara müraciət edilsin? - VİDEO

Ya əks təsir edir, ya da heç təsiri yoxdur - Belə dərmanlarla bağlı hara müraciət edilsin? - VİDEO

Date: 5 November 2016 02:18

Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi ən aktual məsələlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizmə mənfi təsir göstərə, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Elə dərmanlarda var ki, ümumiyyətlə istifadə edirsən, amma təsirini görmürsən. Bəs belə hallarda nə etmək, hara müraciət etmək lazimdir?

Səhiyyə Nazırliyinin Analitik Ekspertiza Mərkəzindən bildirirlər ki, hər bir dərman vasitəsi bazara çıxmazdan öncə bir çox klinik sınaqlardan keçir. Əlavə təsirlər dərmanların klinik tədqiqat mərhələlərində öyrənilir. Lakin dərman vasitələri satışa çıxdıqdan sonra da yeni əlavə təsirlər meydana çıxır.

Dərmanların əsil təsiri geniş istifadədən sonra məlum olduğu üçün həmişə farmakonəzarət aparılmalıdır. Ölkəmizdə də dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatların sistemləşdirilməsi üçün farmakoloji nəzarət sistemi qurulmaqdadır.

Bu ona görə edilir ki, dərmanlarda üzə çıxan riskləri istehsalçı şırkətlər nəzərə alsınlar. Buna görə də, həm vətəndaşlar, həm də tibb işçiləri dərmanların əks təsiri haqda Analitik Ekspertiza Mərkəzinə məlumat versələr yaxşı olar.


Tags:  əks təsir edir heç təsiri yoxdur Belə dərmanlarla bağlı hara müraciət edilsin VİDEO

RƏYLƏR


Top news