Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda müəllim və şagirdlərin sayı azalır

Ermənistanda müəllim və şagirdlərin sayı azalır

Date: 5 November 2016 03:59

Ermənistanın orta məktəblərində son 5 il ərzində müəllimlərin sayı təxminən 3 min nəfər azalıb.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan təhsil və elm nazirliyinin məlumatında bildirilir.

 

Belə ki, 2011/12-ci tədris ilində məktəblərdə 41757, 2012/13-də - 40830, 2014/15-də - 39018, 2015/16-cı tədris ilində isə 38690 müəllim çalışıb.

 

Məlumata əsasən, bu, ildən ilə şagirdlərin sayının azalması ilə əlaqədardır. Rəsmi məlumata görə, 2011/12 tədris ilində Ermənistanda məktəblilərin sayı 386439 , 2015/16-cı tədris ilində isə 364398 nəfər təşkil edib. Beləliklə, 5 il ərzində şagirdlərin sayı təqribən 22 min azalıb. 


Tags:  Ermənistanda müəllim şagirdlərin sayı azalır


RƏYLƏR


Top news