Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni blankla tərtib edilməyən dərmanların idxalına icazə verilməyəcək

Yeni blankla tərtib edilməyən dərmanların idxalına icazə verilməyəcək

Date: 5 November 2016 04:13

Səhiyyə Nazirliyi dərman vasitəsinin qeydiyyat vəsiqəsi sahiblərinə xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli qərarı ilə təsdiq edilmiş Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması qaydalarının 9.4 bəndinə əsasən əvvəl dövlət qeydiyyatına alınmış dərman vasitəsinin dozası dəyişildikdə və hər növbəti doza qeydiyyata alındıqda, qablaşdırılma (qabda olan dozaların sayı) dəyişildikdə və hər növbəti qablaşdırılma qeydiyyata alındıqda, dərman vasitəsinin adı və (və ya) hüquqi şəxs-istehsalçı dəyişildikdə (hüquqi şəxsin-istehsalçının adının və ya ünvanının dəyişilməsi) və hər növbəti istehsalat sahəsi qeydiyyata alındıqda, ilkin qablaşdırılma dəyişildikdə və hər növbəti növ qablaşdırılma qeydiyyata alındıqda, dərman vasitəsinin tərkibindəki rəngləyici, sabitləşdirici maddələrdə, aromatizatorlarda, həb və kapsulun örtük komponentlərindəki əlavə və dəyişikliklər, dərman vasitəsinin tərkibindəki əlavə maddələrin dəyişilməsi dövlət qeydiyyatına alındıqda, qeydiyyat vəsiqəsinin yeni blankı tərtib olunur.

“Yeni blankda əvvəlki qeydiyyat nömrəsi və dəyişikliyin dövlət qeydiyyatının tarixi göstərilir. Belə hallarda qeydiyyat vəsiqəsinin qüvvədə olma müddəti əvvəlki qeydiyyat tarixi ilə müəyyənləşdirilir. Bununla əlaqədar bildiririk ki, yuxarıda qeyd olunan dəyişikliklərin dövlət qeydiyyatına alınması məqsədi ilə qeydiyyat vəsiqəsinin dəyişdirilməsi zəruridir. Qeydiyyat vəsiqəsinin dəyişdirilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Qeyd olunan prosedura uyğun dəyişdirilməmiş qeydiyyat vəsiqələri etibarsız hesab ediləcək. Müvafiq dəyişikliklər edilməmiş qeydiyyat vəsiqələri əsasında dərman vasitələrinin idxalına, satışına və digər əlaqəli davranışlara icazə verilməyəcək”, – deyə AEM-dən bildirilib.


Tags:  Yeni blankla tərtib edilməyən dərmanların idxalına icazə verilməyəcək

RƏYLƏR


Top news