Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Pentaqon “Əl-Qaidə” liderinin məhvini təsdiqlədi

Pentaqon “Əl-Qaidə” liderinin məhvini təsdiqlədi

“Əl-Qaidə” lideri öldürüldü (04 Mart 2017 10:43)
“Əl Qaidə”nin “iki nömrəli” şəxsi öldürüldü (02 Mart 2017 21:54)
“Əl-Qaidə” liderinin müavini öldürüldü (27 Fevral 2017 16:08)

Tarix: 5 Noyabr 2016 05:09

Oktyabrın 23-də “Əl-Qaidə” terror qruplaşmasının Əfqanıstandakı liderlərindən biri Fərruh əl-Kətani məhv edilib.

 

APA-nın məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

 

“Hazırda biz onun müavini Bilal əl-Mütaybinin hava zərbəsi nəticəsində sağ qalıb-qalmamasını araşdırırıq”, deyə P.Kuk bildirib.

 

Oktyabrın 27-də pilotsuz hərbi təyyarənin endirdiyi hava zərbəsi nəticəsində terrorçuların məhv edildiyinə dair məlumatlar yayılmışdı.

 

Qeyd edək ki, ABŞ 2001-ci ildə “Taliban” hərəkatı və “Əl-Qaidə” qruplaşması ilə mübarizə məqsədi ilə Əfqanıstana qoşun yeridib. ABŞ hərbçiləri 2014-cü ilədək Əfqanıstanı tərk etməli idilər, lakin  ölkə rəhbərliyi rəsmi Vaşinqtondan ordunun tam çıxarılmasının ləngidilməsini xahiş edib.


Teqlər:  Pentaqon Əl-Qaidə liderinin məhvini təsdiqlədi



RƏYLƏR


Top xəbərlər