"O səs Türkiyə"nin bugünkü buraxılışında Azərbaycan mahnısı səsləndirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı" mahnısını oxuyublar.
Lakin mahnı Azərbaycana aid olan digər - "Tut ağacı boyunca" xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi "anonim" deyə qeyd edilib.
Qeyd edək ki. TV8-də Acun İlıcalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" proqramının münsiflər heyətində Murad Boz, Sibel Can, Hadisə, Gökhan və Hakan Özoğuzlar əyləşir.
Milli.Az