Kin və nifrəti aradan aparmağın 5 üsulu

Kin və nifrəti aradan aparmağın 5 üsulu
07:52 5 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran ayələri və Məsumlardan (ə) gələn hədislər bizə həmişə səadət yolunu göstərmişdir. Bu tövsiyələr və göstərişlər içərisində kin və nifrətlə mübarizə aparmağın da yolları bəyan edilmişdir. Bu tövsiyələrdən istifadə edərək, həyatımızda rahatlığa çata bilərik. (Tebyan)

İnsan - ictimai bir varlıqdır. Ona görə də daima rabitə qurmağa ehtiyac duyur. Hər gün işdə, evdə və mağazalarda yüzlərlə insanla rastlaşırıq. Onlarla işləyir, yaşayır və alış-veriş edirik. Mümkündür ki, bu rabitələr zamanı elə sözlər deyək və eşidək ki, kin və nifrətə səbəb olsun.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər başqalarından güldən artıq söz eşitməyəcəyimizi gözləyiriksə, yersiz gözləntidir. Ancaq sizi narahat edə biləcək rəftarlarla mübarizə aparmaq kin və nifrətin miqdarını azalda bilər. Məsumlar (ə) kin və nifrətlə mübarizə ilə bağlı çox sayda tövsiyələr vermişdilər ki, onlardan bəzisinə işarə edək:
1. İmanı gücləndirmək.
Bizim çox sayda ictimai və fərdi problemimizi həll edə biləcək amillərdən biri də cəmiyyətdə iman ruhunu və Allaha olan inancı gücləndirməkdir. Çünki çətinliklərimizin əksər hissəsi Allahı unutduğumuz üçün başımıza gəlir. İmamlar (ə) bizə tövsiyə edir ki, əgər başqa insanlarla rabitədə kin və nifrətdən uzaq olmaq istəyirsənsə, gərək imanını gücləndirəsən. Allah Təala Quran ayələrində mömin insanın sifətlərindən birini güzəşt etmək, başqasının kinini qəlbinə salmamaq olduğunu bəyan edir. "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: "Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan"". ("Həşr" 10).
İmam Hüseyn (ə) buyurur: "Şübhəsiz ki, bizim davamçılarımızın qəlbi hər bir xəyanətdən, kin və fırıldaqdan pakdır".
 
2. Başqalarını danlamaqdan çəkinmək.
Nifrət və kinə səbəb olan amillərdən biri də başqalarını yersiz danlamaqdır. Ona görə də İmam Əli (ə) buyurur: "Qardaşını olduğu kimi qəbul et və çox danlama. Çünki bu iş kinə səbəb olur".
 
3. Başqalarına hədiyyə vermək.
Hədiyyə vermək kin və nifrəti aradan aparan amillərdən biridir. Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin. Çünki kini aradan aparır".
 
4. Narahatlıqları bəyan etmək.
Kin və nifrət o zaman büruzə olunur ki, insan qəlbində olanları bəyan etmir. Onu həmişəlik qəlbində saxlayır. Mümkündür ki, siz narahatlığınızı deyən zaman, qarşı tərəf sizə qaneedici cavab verə bilər. Əgər narahatlığınızı deməsəniz, qarşı tərəf sizin incidiyinizi bilməyəcəkdir. Bu da uzun nifrətə və kinə səbəb olacaqdır.
 
5. Həsəd aparmağı həyatınızdan çıxardın.
Həsəd aparan insanlar öz əsəblərini kontrol edə bilmirlər. Çox tez qəzəblənirlər, başqalarını çox tez narahat edirlər. Ona görə də kin qazanır və başqalarının nifrətinə məruz qalırlar. Əgər kin və nifrətdən uzaq olmaq istəyirsinizsə, həsəd aparmağı həyatınızdan çıxardın. İmam Əli (ə) buyurur: "Həsəd aparan insan tez qəzəblənər və kini gec qəlbindən gedər".
Beləliklə, deyə bilərik ki, kin və nifrət ilk növbədə bizim özümüzə əziyyət və ziyan verir. Ona görə də həyatda rahat yaşamaq istəyiriksə, kin və nifrətdən uzaq olmağa çalışaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR