Mark millətlərarası ədavəti qızışdırmaqda ittiham edilir

Mark millətlərarası ədavəti qızışdırmaqda ittiham edilir
08:08 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Zukerberqdən savayı, siyahıda “Facebook”un icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.

Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR