Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İspaniyada valideynlər ev tapşırığına qarşı tətil edirlər

İspaniyada valideynlər ev tapşırığına qarşı tətil edirlər

Date: 5 November 2016 08:23

İspaniyada valideynlər dövlət məktəblərində övladlarına verilən ev tapşırıqlarının çox olmasından şikayətlənərək tətil edirlər.

Ölkə boyunca 12 000 məktəbin şagirdlərindən noyabr ayında həftə sonu tapşırıqlarını etməmək tələb olunacaq.

Tətili təşkil edən İspaniya Valideynlər Assosiasiyası Alyansı (CEAPA) hesab edir ki, ev tapşırıqları uşaqlara mənfi təsir edir.

İspaniya 2012-ci ildə ev tapşırığı liqası cədvəlində yuxarı yerləri tutub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PİSA tədqiqatı aşkar edib ki, ispan uşaqlar və yeniyetmələr 38 ölkədən ibarət qrupdakı digər ölkələrdə orta 4.9 saat ev tapşırığı ilə müqayisədə daha çox - 6.5 saat ev tapşırığı edirlər.

Ən uzun ev tapşırığı saatları
1. Şanxay
2. Rusiya
3. Sinqapur
4. Qazaxıstan
5. İtaliya
6. İrlandiya
7. Rumıniya
8. Estoniya
9. Litva
10. Polşa
11. İspaniya

Bu həftə sonundan minlərlə ispaniyalı valideyn uşaqlarına ev tapşırıqlarını etməməyi tapşıracaqlar


Tags:  İspaniyada valideynlər ev tapşırığına qarşı tətil edirlər

RƏYLƏR


Top news