Çapla üzdə əməliyyat aparılır

Çapla üzdə əməliyyat aparılır
08:47 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xərçəngə qalib gəlmiş 54 yaşlı Karlito Konsesayo dünyada "3D" çap texnologiyasının köməyilə üzündə əməliyyat aparılmış ilk şəxsdir.

Yanağında aşkar edilmiş şişin ləğv edilməsi əməliyyatından sonra pulsuz mobil tətbiqdən istifadə etməklə onun üzünün çatışmayan hissəsi bərpa edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər belə əlçatan texnologiyanın minimum səhiyyə xidmətlərindən istifadənin mövcud olduğu dünyanın ən ucqar rayonlarında yaşayan bir çox pasiyentlərə kömək edəcəyinə ümid edirlər.

Hələ 2008-ci ildə Karlito Konsesayoya üst çənə karsinoması diaqnozu qoyulmuşdu.

Üzün sağ hissəsindəki toxumaları məhv edən və pasiyentin boğazına zərər yetirən xərçəng sürətlə yayılırdı. Bir neçə əməliyyatdan sonra xərçəngin yayılması dayandı, amma şiş ləğv edildikdə onun yerində böyük dəlik açılıb.

Bundan başqa, sağ göz yuvası və burnunun bir hissəsini itirmiş pasiyent depressiyaya düşmüşdü.
"İlk protezim incə idi və daima düşürdü. Mən özümü çox pis hiss edirdim və dəhşətli görünürdüm" - Konsesayo xatırlayır.

Amma 2016-cı ilin fevralında ona üzünün çatışmayan hissəsinin bərpası üçün smartfondan istifadəyə əsaslanan innovativ prosedur təklif ediblər. Yeni protez onu yenidən həyata qaytarıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/486010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR