Ermənistanın məktəblərində müəllim və şagirdlərin sayı azalıb

Ermənistanın məktəblərində müəllim və şagirdlərin sayı azalıb
08:52 5 Noyabr 2016
152 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın orta məktəblərində son 5 il ərzində müəllimlərin sayı təxminən 3 min nəfər azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan təhsil və elm nazirliyinin məlumatında bildirilir.
 
Belə ki, 2011/12-ci tədris ilində məktəblərdə 41757, 2012/13-də - 40830, 2014/15-də - 39018, 2015/16-cı tədris ilində isə 38690 müəllim çalışıb.
 
Məlumata əsasən, bu, ildən ilə şagirdlərin sayının azalması ilə əlaqədardır. Rəsmi məlumata görə, 2011/12 tədris ilində Ermənistanda məktəblilərin sayı 386439 , 2015/16-cı tədris ilində isə 364398 nəfər təşkil edib. Beləliklə, 5 il ərzində şagirdlərin sayı təqribən 22 min azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR