Zukerberq haqqında cinayət işi açılıb

Zukerberq haqqında cinayət işi açılıb
09:17 5 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Münhen Prokurorluğu "Facebook"un təsisçisi Mark Zukerberq haqqında istintaqa başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluq istintaqın "xalqı qızışdırmağa qərəzli şəkildə köməkçi olmaq" maddəsi ilə başladığını açıqlayıb.

Zukerberqin sosial şəbəkə istifadəçilərinin yazdığı cinayət çağırışlarına, zorakılıq təhdidlərinə, yəhudi soyqırımının inkar edilməsinə və digər cinayətlərə göz yumduğu qeyd edilib. 

Jurnalın xəbərinə görə, günahlandırılanlar arasında Zukerberqlə yanaşı, şirkətin direktoru Şeril Sendberq, Avropa direktoru Riçard Allan və Berlin direktoru Yeva-Mariya Kirşsiper də var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR