Tanınmış qiraətçinin fotoları sosial şəbəkəni bir-birinə vurdu - FOTOLAR

Tanınmış qiraətçinin fotoları  sosial şəbəkəni bir-birinə vurdu  - FOTOLAR
09:48 5 Noyabr 2016
749 Şou
Ölkə mətbuatı
A- A+

Qiraətçi Nazilə Səfərlinin aşpazlıq qabiliyyətini nümayiş etdirməsi ona baha başa gəlib. Qutaba kətə deməsi sosial şəbəkəni bir-birinə vurub.

Publika.az xəbər verir ki, qiraətçi N.Səfərli qutab bişirdiyi yerdə çəkdirdiyi fotoları “İnstagram” səhifəsində paylaşıb. Aşpazlıq məharətini göstərən qiraətçi ləziz təamlarını belə təqdim edib: “Cincilim kətəsi bişirdim. Cincilimləri bağçadan öz əlimlə toplamışam”.

Sosial şəbəkə izləyiciləri qutaba kətə dediyi üçün onun ünvanına “səviyyəsiz”, “çuşka” deyərək təhqir ediblər. Bir çoxları isə qutabla kətənin heç bir fərqi olmadığını yazaraq Nazilənin müdafiəsinə qalxıblar.

Cəvahir



Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR