Məşhur müğənninin 3 yaşlı oğlunda xərəng AŞKARLANDI - VİDEO - FOTO

Məşhur müğənninin 3 yaşlı oğlunda xərəng AŞKARLANDI - VİDEO - FOTO
09:52 5 Noyabr 2016
153 Dünya
Ölkə mətbuatı
A- A+

Populyar kanadalı müğənni, "Grammy" mükafatı laureatı Maykl Bablın 3 yaşlı oğlu Noyda xərçəng şişi aşkarlanıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, hazırda Argentinada yaşayan 41 yaşlı Maykl Babl xanımı, məşhur argentinalı müğənni və aktrisa, 29 yaşlı Luisana Lopilato ilə birlikdə Noyun müalicəsi üçün bütün səyləri göstərdliklərini deyirlər.

Argentinada müayinə zamanı balaca Noyun epidemik parotitə ("donuz" xəstəliyi) yoluxduğu deyilmişdi. Lakin ABŞ-dakı təkrar müayinədə Noyda xərçəng aşkarlanıb.

Maykl Babl oğlunun səhhəti ilə bağlı geniş açıqlamalar vermək istəmir: "Sadəcə, Tanrıya yalvarırıq ki, kiçik oğlum, 9 yaşlı Elidə bir bəla, xəstəlik tapılmasın".

Ötən həftə Us Weekly-yə verdiyi müsahibəsində Babl demişdi: "9 aylıq Eli artıq ilk addımlarını atır. Noy da "Hörümçək adam"ın fanatıdır. Bu, xoş məsələlərdir. Atalıq həyata baxışlarımı dəyişdi. Mənə həyatda ən önəmli məqamların dəyərini anlatdı, böyük perspektivlər verdi. Sanki qum üzərində bir xətt çəkdim və yolumu müəyyənləşdirdim. Anladım ki, atalıq hissləri, ailə işdən də vacibdir".

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR