Almaniya millisinin heyəti açıqlandı

Almaniya millisinin heyəti açıqlandı
09:57 5 Noyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Yoahim Löv 25 futbolçuya dəvət göndərib.

 

Bundestimin noyabrın 11-də seçmə mərhələ çərçivəsində San-Marino, 4 gündən sonra isə yoldaşlıq görüşündə İtaliya ilə oyun üçün aşağıdakı oyunçular çağırılıb.



 

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”)


Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Joşua Kimmix (hamısı “Bavariya”), Benjamin Henrix, Conatan Tah (hər ikisi “Bayer”), Yannik Gerhardt (“Volfsburq”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Sebastian Rudi (“Hoffenhaym”)


Yarımmüdafiəçilər: Leon Qoretska, Maks Meyer (hər ikisi “Şalke”), Yulian Brandt (“Bayer”), Yulian Veyql (“Borussiya”, Dortmund), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə), Sami Kedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya)


Hücumçular: Serge Qnabri (“Verder”), Mario Qomes (“Volfsburq”), Mario Götze (“Borussiya”, Dortmund), Tomas Müller (“Bavariya”), Kevin Volland (“Bayer”).

 

Qeyd edək ki, Almaniya yığması C qrupunda 3 turdan sonra 9 xalla liderdi. Bundestimin ən yaxın izləyicisi olan Azərbaycan millisinin isə aktivində 7 xal var.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almaniya-millisinin-heyti-acqland-t53920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR