ABŞ-da polislər güllələndi: Ölən və yaralı var

ABŞ-da polislər güllələndi: Ölən və yaralı var
10:05 5 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-York şəhərində soyğunçuluqda şübhəli bilinən şəxs polisə atəş açıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb. 

Hadisə Bronks rayonunda baş verib. Polis təqibdən sonra şübhəli şəxsin avtomobilini saxlayıb.

Bu zaman cinayətkar polisə atəş açıb. Nəticədə polis çavuşu ölüb, zabit isə ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib. 

Polisə atəş açan 35 yaşlı Manuel Rozales olub. O öldürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR