Keçmiş MTN-in idarə rəisi: "Hər şeyi Çovdarovun əmri ilə etmişik"

Keçmiş MTN-in idarə rəisi: "Hər şeyi Çovdarovun əmri ilə etmişik"
10:24 5 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərdən olan Səlim Məmmədovun ibtidai istintaqa verdiyi ifadələr məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, S. Məmmədov ifadəsində bildirib ki, özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilmir. O, törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını  etiraf edərək ifadələrində göstərib ki, 1992-ci ildən 2015-ci ilin noyabr ayının 2-nə kimi milli təhlükəsizlik orqanlarında xidmət edib, sonuncu göstərilən tarixdə polkovnik rütbəsində ehtiyata buraxılıb, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində sonuncu iş yeri  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsi olub. 2011-ci ilin aprel ayının 7-də xidməti vəzifəsini icra edərkən, aktiv əməliyyat tədbirini yerinə yetirərkən həyatına sui-qəsd edilib. Belə ki, Sərraf Xubayev, Namiq Şamilov və digərlərindən ibarət 9 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirərkən onun və Vüqar Muxtarovun üzərinə avtomobil sürülüb. İki dəfə ard-arda avtomobillə vurulub. Bu hadisə nəticəsində adı çəkdiyi cinayətkar qrup məsuliyyətə cəlb olunub və məhkəmənin 30 aprel 2013-cü il tarixli hökmü ilə ağır cəzalara məhkum ediliblər. Əməliyyat tədbirinin gedişatında aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının 30 iyun 2011-ci il tarixli rəyi ilə burnunun yumşaq toxumalarının əziyi, sol burun pərinin cırılmış yarası, baş beyin silkələnməsi halında kəllə-beyin travması, sol budun və bel nahiyəsinin yumşaq toxumalarının geniş sahədə dərialtı hematoması və sıyrığı aşkar edilmiş və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edildiyi təsbit olunub. Həmin hadisədən sonra aldığı xəsarətlə əlaqədar yaddaşında problemlər yaranıb. Mütəmadi baş ağrılarından əziyyət çəkir. Sağlamlığı ilə əlaqədar Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq xəstəliyi ilə bağlı təqaüdə çıxarılmağını xahiş etsə də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb cırıb atıb.

 

O bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkələrarası əməliyyat tədbirlərini təşkili və rəhbərliyini həyata keçirib. Həmçinin ABŞ-da, Ekvadorun paytaxtı Kito şəhərində və Rusiya Federasiyasında əməliyyat tədbirləri nəticəsində ümumilikdə tonlarla narkotik vasitələrin dövriyyədən çıxarılmasına nail olub, əməliyyat tədbirlərində fəal iştirak edib.

 

MTN rəhbərliyi dəyişildikdən sonra 2004-cü ilin dekabr ayında Ağstafa rayon bölməsinin rəisi vəzifəsindən azad edilərək bir ay yarım sərəncamda qaldıqdan sonra 2005-ci ilin yanvar ayında Anti-Terror Mərkəzinə baş əməliyyat müvəkkil vəzifəsinə təyin olunub. Fəaliyyəti müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalıb, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında idarə rəisi vəzifəsinə təyin olunub. Adı səslənən və ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hadisələrdə sırf şahid qismində iştirakı olub. Bütün davranışı, yəni hər hansı bir şəxsin MTN-ə dəvət edilməsi, söhbətlərin aparılması bilavasitə üzərində rəhbərliyi həyata keçirən Akif Çovdarovun əmri ilə olub, bu danışıqlar zamanı pul tələbi edilməyib, hədə-qorxu gəlinməyib. İttihamda adları çəkilən zərərçəkmiş şəxslər bilavasitə Akif Çovdarov tərəfindən qəbul edilib. Akif Çovdarovun qanunsuz danışıqlarının şahidi olmayıb və bu səbəbdən şəxslərin MTN-ə çağırılmasının qeyri-qanuni olmasını bilə bilməyib.  

 

Bildirib ki, bütün davranışı Akif Çovdarovun əmri ilə həyata keçirilib, sonuncu tərəfindən ona verilmiş göstərişləri mübahisələndirmək səlahiyyətinə və vəzifəyə malik olmayıb. 

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bədəlov Zakir Dilənçi oğlunun qanunsuzluqlara məruz qalması epizodu üzrə dindirilərkən təqsirləndirilən şəxs Səlim Məmmədov göstərib ki, Zakir Bədəlov onunla qonşuluqda yaşayır. O, Zakir Bədəlovun işlətdiyi “Tamara-Borçalı” kafesində yubiley mərasimində iştirak edərkən dostu Tofiq Əliyev həmin vaxt onu Zakir Bədəlovla tanış edib, Zakir Bədəlovun həmin restoranın sahibi olduğunu bildirib, onun xəbəri olmadan Tofiq Əliyev onun mobil telefon nömrəsini Zakir Bədəlova da verib. Dostu Tofiq Əliyev dəfələrlə ona müraciət edərək Zakir Bədəlovun qohumu Akif Çovdarovla görüşmək istədiyini deyib. O da hər dəfə bu barədə Akif Çovdarova deyib, sonuncu isə vaxtı olanda Zakir Bədəlovla görüşəcəyini söyləyib. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun görüş təklifini qəbul etdiyini və onunla görüşəcəyini deyib. Zakir Bədəlovun onun qonşusu olduğunu bildikdə Akif Çovdarov ona Zakir Bədəlovu tez qəbul edib, tez də yola salacağını deyib. Bir neçə gün sonra o, Zakir Bədəlovu çağırtdırıb, Akif Çovdarovun onunla görüşməyə razılıq verdiyini bildirib.

 

Bundan sonra o, dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomaşını ilə Zakir Bədəlovla birlikdə MTN-nə gedib, Zakir Bədəlovu Akif Çovdarovun xidməti otağına qədər müşayiət edib, otağa daxil olduqdan sonra Akif Çovdarovun baş işarəsi ilə otağı tərk edib. Buna görə də Akif Çovdarovla Zakir Bədəlov arasında olan söhbətlərdən, Zakir Bədəlovun Akif Çovdarovun xidməti otağından nə vaxt və kimin vasitəsi ilə çıxmağından hər hansı məlumatı olmayıb. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlamaq lazım olduğunu bildirib. Buna görə də MTN-in VI Baş idarəsinin əməkdaşlarından biri Akif Çovdarovun adından Dövlət Miqrasiya Xidmətinə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsi ilə bağlı sorğu göndərib. Həmin sorğuya cavab olaraq Zakir Bədəlovun Azərbaycan vətəndaşı olmadığı müəyyən edilib. Bir müddət sonra Tofiq Əliyev Zakir Bədəlovun onunla görüşmək istədiyini bildirsə də, onun görüşə vaxtı olmadığı üçün sonuncu ilə görüşə bilməyib. Tofiq Əliyev bir daha ona zəng edərək Zakir Bədəlovun vəziyyətinin pis olduğunu, restoranının girovda olduğunu deyərək ona köməklik göstərməsini xahiş etdikdə onun Zakir Bədəlova yazığı gəldiyindən və dostu Tofiq Əliyevin xahişini yerə salmaq istəmədiyindən Zakir Bədəlovla Tofiq Əliyevin yaşadığı evin yaxınlığındakı hamamın yanında görüşüb ayaqüstü söhbət edərkən Zakir Bədəlov ona şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyini bildirib. Lakin hansı səbəbdən fəaliyyətsizləşdirildiyini deməyib. Buna görə Zakir Bədəlov ondan kömək istədikdə o, bununla bağlı ona hər hansı köməklik göstərə bilməyəcəyini deyib, qohumu Akif Çovdarova müraciət etməsini məsləhət bilib. Onların bu söhbətində Tofiq Əliyev də iştirak edib. Bundan sonra o, Zakir Bədəlovla bir neçə dəfə yolda rastlaşıb görüşüb. Zakir Bədəlovla onun arasında başqa hər hansı söhbət olmayıb. Həmin söhbətdən 1-2 il sonra Tofiq Əliyev ona Zakir Bədəlovun yeni şəxsiyyət vəsiqəsi aldığını bildirib. Zakir Bədəlovun şəxsiyyət vəsiqəsinin hansı orqan tərəfindən və nə səbəbə fəaliyyətsizləşdirilməsi barədə hər hansı məlumata malik deyil.

 

Təqsirləndirilən şəxs Məmmədov Səlim İmran oğlu əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, maddi məsul şəxs olmayıb. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində maddi-məsul şəxs baş idarə rəisi Akif Çovdarov olub. Bu nəticəyə gəlməyinə səbəb Akif Çovdarovun vəkalətnamə vermə səlahiyyətinin olması olub. Akif Çovdarov MTN-in Maliyyə İdarəsindən kimə vəkalətnamə veribsə, həmin şəxs də pulu götürə bilib. 02.03.2015-ci il tarixli vəkalətnaməni ona Akif Çovdarov verib. Məhz Çovdarovun göstərişi əsasında vəkalətnaməyə imza edib və eyni səbəbdən MTN-in Maliyyə İdarəsinin kassasından 01.04.2015-ci il tarixli kassa məxaric orderi ilə 50.000 ABŞ dolları məbləğində pul əsginaslarını götürüb Baş İdarə rəisi Akif Çovdarova xidməti otağında verib. Həmin xüsusatların yoxlanılması zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə verdiyi 07.04.2016-cı il tarixli izahatında baş idarə rəisi Akif Çovdarov tərəfindən imzalanmış və sabiq nazir tərəfindən icazə verilmiş raport əsasında Akif Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə idarəsinin kassasından müvəqqəti cəlb olunmuş şəxsin mükafatlandırılması üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitini götürdüyünü, 01.04.2015-ci il tarixdə həmin pul vəsaitini tam məbləğdə Akif Çovdarova verdiyini, bundan sonra həmin pul vəsaitinin aidiyyəti üzrə müvəqqəti cəlb olunmuş şəxsə verilməsindən məlumatının olmadığını, belə ki, həmin şəxsin onun əməliyyat əlaqəsində olmadığını və onu tanımadığını, ona hər hansı məbləğdə pul ödəmədiyini, 50.000 ABŞ dolları məbləğində pul vəsaitini guya müvəqqəti cəlb olunmuş şəxsə verməsi barədə tərəfindən tərtib olunmuş və keçmiş MTN-nin Maliyyə İdarəsinə göndərilmiş avans-hesabatı Akif Çovdarovun tapşırığı əsasında yazdığını göstərib.

 

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

  

Onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rihanna duşa girdi - FOTO

29 Mart 2017 15:22

Anar Məmmədov ticarət mərkəzini satdı - Bütün brend mallar 90 faiz endirimdədir

29 Mart 2017 15:18

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

29 Mart 2017 15:12

Bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirildi - Ukraynada

29 Mart 2017 15:12

Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr... YENİ DÜNYA DÜZƏNİ

29 Mart 2017 15:08

Elxan Məmmədov yalan danışırmış

29 Mart 2017 15:07

Fransanın nüfuzlu qəzetində Ermənistanın işğalı ilə bağlı yazı dərc edildi

29 Mart 2017 15:05

Beren Saatla İlker Kalelinin birlikdə çəkiləcəyi film - FOTO

29 Mart 2017 15:05

"Ayaqqabı bağıyla oğlumu özümə bağlayırdım" - "Survivor" iştirakçısından ŞOK AÇIQLAMA - FOTO

29 Mart 2017 15:05

Azərbaycanda yeni yolun görüntüləri - FOTO

29 Mart 2017 15:05

Gələn də dördünü vurur, gedən də...

29 Mart 2017 15:05

Yataq xəstəsi olan azərbaycanlı aşıq əməliyyat olunacaq

29 Mart 2017 15:04

Tanınmış aktyor ikinci dəfə ata oldu

29 Mart 2017 15:03

Gənc qız qazdan zəhərləndi

29 Mart 2017 14:59

"Qarabağ"da Almeyda problemi

29 Mart 2017 14:57

Sənə çəhrayı yaraşır...

29 Mart 2017 14:57

Ukrayna Baş Prokurorluğu: “Azərbaycanlılara qarşı cinayətlər…”

29 Mart 2017 14:53

Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq - FOTO

29 Mart 2017 14:52

Bankiri Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar - FOTO

29 Mart 2017 14:52

Sevgilisinə əsəbiləşən azərbaycanlı gəlin namizəd başqa kişi ilə görüşdü – VİDEO

29 Mart 2017 14:48

Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

29 Mart 2017 14:47

Neftçala sakini Kürdə boğuldu

29 Mart 2017 14:44

Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

29 Mart 2017 14:42

Kamil Zeynallı ATV-dən getdi? - FOTO

29 Mart 2017 14:42

Tomas de Valldan mühüm Qarabağ açıqlaması: "Müharibə istəmirlərsə..."

29 Mart 2017 14:42

Oğru qadın tutuldu - Azərbaycanda

29 Mart 2017 14:42

Bakıda 25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - İKİ UŞAĞIYLA

29 Mart 2017 14:39

Cırtdanlar qəbiləsi tapıldı - Kiçik beyinlərə sahibdilər, çənələri yoxdur - VİDEO

29 Mart 2017 14:38

İlkin Həsəninin şad gününə az qaldı - FOTO

29 Mart 2017 14:37

Həkimin dörd yeni ixtirası

29 Mart 2017 14:37

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

29 Mart 2017 14:37

Ronaldo xəbəri aparıcını coşdurdu, hər yeri çöldə qaldı - FOTOLAR

29 Mart 2017 14:37

“Windows” və “Windows Phone” sistemlərinin köhnə versiyalarının dəstəklənməsi dayandırılıb

29 Mart 2017 14:35

İŞİD-in rəhbərləri qaçır

29 Mart 2017 14:33

Musiqili Teatrın aprel repertuarı

29 Mart 2017 14:32

Məşhurların öldükdən sonra çəkilmiş fotoları

29 Mart 2017 14:31

11 ildən sonra gözlənilən ilk transfer

29 Mart 2017 14:27

Sabahdan Rəcəb ayı başlayır

29 Mart 2017 14:27

Kral ailəsi kraliçanın qonağı oldu - FOTO

29 Mart 2017 14:22

Azərbaycanlı rəqqasə: "Boşanandan 2-3 ilə sonra sənətə gəldim" - VİDEO-FOTO

29 Mart 2017 14:19

İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!

29 Mart 2017 14:18

Ranyeri: "Şok keçirdim"

29 Mart 2017 14:17

"Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir"

29 Mart 2017 14:17

Hələ indi başlayır: Moskva üçün ÖLÜM-DİRİM SAVAŞI

29 Mart 2017 14:13

Azərbaycanda müflis olan bankların taleyinə AYDINLIQ GƏTİRİLDİ

29 Mart 2017 14:12

Aktrisanın hamiləlik FOTOları internetə "sızdı"

29 Mart 2017 14:12

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"

29 Mart 2017 14:12

Xərçəngə yoluxma riskini azaldır

29 Mart 2017 14:10

Arda Turan keçmiş sevgilisi ilə barışdı, evlənir - FOTOLENT

29 Mart 2017 14:09

Britaniya Avropa ilə aviarabitəsiz qala bilər – “Brexit”in İLK FƏSADI

29 Mart 2017 14:08