Yeni “MacBook Pro” noutbuklarında yaddaş kartları üçün çıxışın olmamasının səbəbi məlum olub

Yeni “MacBook Pro” noutbuklarında yaddaş kartları üçün çıxışın olmamasının səbəbi məlum olub
10:35 5 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Apple” şirkətinin marketinq üzrə baş vitse-prezidenti Fil Şiller 2016-cı ildə buraxılan yeni “MacBook Pro” noutbuklarında SD yaddaş kartı üçün çıxışın olmaması və qulaqcıq üçün klassik 3,5 mm-lik slotun qalmasının səbəblərini izah edib. O etiraf edib ki, şirkətin yeni nəsil noutbukları həqiqətən istifadə edilən həllərin bir-birinə uyğun gəlməməsinə görə mübahisə obyektinə çevrilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, vitse-prezidentin sözlərinə görə, əksər yeniliklər ictimaiyyət tərəfindən müsbət qəbul edilib, bəziləri mübahisələrə səbəb olub.
 
SD yaddaş kartı üçün slotun olmaması barədə danışan ABŞ istehsalçısının təmsilçisi onun çox yer tutaraq korpusdan yarımçıq çıxmasını bildirib. Onun sözlərinə görə, təkcə SD kartlarından deyil, həmçinin “CompactFlash” kartlarından istifadəyə imkan verən əla və sürətli kənar USB yaddaş kartını oxumaq üçün qurğular mövcuddur. Məhz bu, kompromis variant kimi seçilib. Bundan başqa, əksər kameralar simsiz məlumat ötürmə standartlarını dəstəkləyir və bu, çox rahatdır. Hesab edirik ki, faylların simsiz göndərilməsi üsulundan istifadə istiqamətində irəliyə doğru addım atmışıq. Lakin bununla belə, fiziki adapterlərdən hələ də istifadə etmək olar.
 
Alıcıların çoxu “Apple”ın yeni “iPhone” smartfonlarında audioçıxışdan imtina edərək onu “MacBook Pro” noutbuklarında saxlamasından məyus olub. F.Şiller bunu söhbətin peşəkar məhsullardan getməsi ilə izah edib.
 
“Məsələ təkcə qulaqcıqda olsaydı, orada çıxış üçün yer olmazdı. Əminik ki, simsiz həllər qulaqcıqlar üçün ən yaxşısıdır. Lakin əksər istifadəçilər iş yerlərini studiya monitorları, səsgücləndirici və simsiz qoşulma imkanı olmayan digər peşəkar audiotexnika ilə təchiz edirlər. Buna görə də yeni “MacBook Pro” noutbuklarında bu məqsədlər üçün çıxışın olması əvəzedilməzdir”, - vitse-prezident vurğulayıb.
 
O, həmçinin qeyd edib ki, şirkətin internet mağazası 2016-cı il buraxılışı olan “MacBook Pro”lar üçün bu seriyadan olan noutbuklardan dəfələrlə çox sifariş alıb.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44170-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR