Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış azərbaycanlı professor vəfat etdi

Tanınmış azərbaycanlı professor vəfat etdi

Date: 5 November 2016 10:37

Azərbaycan Tibb Universitetinin (ATU) professoru vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, tibb elmlər doktoru, professor, "Şöhrət" ordenli Xurşud Quliyeva dünyasını dəyişib.
Qeyd edək ki, X.Quliyeva Azərbaycan Tibb Universitetinin IV (keçmiş Pediatriya fakultəsinin) cərrahi xəstəliklər kafedrasının yarandığı ilk gündən orada işləyib, ordinator, assisent və nəhayət professor səviyyəsinə qədər yüksəlib. Profossor X.Quliyeva 1970-1980-ci illərdə kafedraya rəhbərlik edib və bu dövrdə professor F.Ə.Əfəndiyevin və professor A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirib.
O, 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilib. Professor X.Quliyeva ömrünün sonuna kimi kafedrada professor-konsultant kimi fəaliyyət göstərib.
2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə X.Quliyeva "Şöhrət" ordeni ilə təltif olunub.

Milli.Az


Tags:  Tanınmış azərbaycanlı professor vəfat etdi


RƏYLƏR


Top news