Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran Türkiyənin işığını kəsdi

İran Türkiyənin işığını kəsdi

Date: 5 November 2016 10:53

İran hökuməti yaranan borca görə Türkiyəyə ixrac etdiyi elektrik enerjini kəsib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın enerji nazirinin müavini Huşeng Felahetiyan məlumat verib.

Nazir müavini deyib ki, elektrik enerjisinin satışına görə Türkiyənin İrana 200 milyon dollar borcu yaranıb: “Bu borcun ödənilməsi ilə bağlı hazırda danışıqlar başlayıb. Borc ödənildikdən sonra elektrik enerjisinin satışı bərpa olunacaq”.

Qeyd edək ki, xarici mediada Türkiyənin İranın elektrik enerjisindən imtina etməsi barədə məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, Türkiyə hidroelektrik enerjisi istehsalına başladığı üçün İranın elektrik enerjisinə daha ehtiyac qalmayıb.

Vasif Həsənli



Tags:  İran Türkiyənin işığını kəsdi


RƏYLƏR


Top news