Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyada terrorçular türk biznesmenin binasını partlatdılar - FOTO

Almaniyada terrorçular türk biznesmenin binasını partlatdılar - FOTO

Date: 5 November 2016 11:05

Almaniyanın Essen şəhərində dünən axşam saatlarında bir türkə məxsus binaya "Molotov kokteyli" ilə hücum reallaşdırılıb.

Milli.Az NTV-yə istinadən bildirir ki, üçmərtəbəli binanın sahibi Çingiz Cura adlı türk vətəndaşıdır.

Hücum ötən gün axşam saat 21 radələrində təxminən on nəfərlik bir qrup tərəfindən təşkil edilib. Şəxsiyyəti məlum olmayan cinayətkar qrupun binanın birinci mərtəbəsində fəaliyyət göstərən qəhvəxananı hədəf aldıqları deyilir. Pəncərələri qırılan qəhvəxanada atılan "Molotov kokteyli"ndən sonra binada yanğın baş verib.

Ölənlər və yaralanlar barəsində əlavə məlumat verilmir.

Hücum sonrası qrupun hadisə yerindən qaçaraq uzaqlaşdığı deyilir.

Hadisə yerinə gələn alman polisi hücuma uğrayan binanın ətrafına təhlükəsizlik lenti çəkərək, ekspertizaya başlayıb. Hətta cinayətkar qrupun tez bir zamanda tapılması üçün bir polis helikopterinin şəhər üzərində gecə boyunca uçuş etdiyi açıqlanıb.

Qeyd edək ki, ötən gün eyni hadisə Türkiyənin Fransadakı səfirliyinin binasında da törədilib. Bir qrup terrorçu səfirlik binasına daxil olaraq "Molotov kokteyli" atıb.

Təhməz Təkin

Milli.Az




Tags:  Almaniyada terrorçular türk biznesmenin binasını partlatdılar FOTO

RƏYLƏR


Top news