Mourinyoya erməni ilə bağlı sual verən azərbaycanlı danışdı - VİDEO

Mourinyoya erməni ilə bağlı sual verən azərbaycanlı danışdı -   VİDEO
11:07 5 Noyabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Fənərbaxça”ya 1:2 hesabı ilə uduzan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya sual verən azərbaycanlı jurnalistin kimliyi məlum olub.


O, olimpsport.az saytının əməkdaşı Ramin Allahverdiyevdi. Jurnalistin portuqaliyalı çalışdırıcıya “Mxitaryan bu gün yaxşı çıxış etmədi. Onu komandadan göndərməyi düşünürsüz” deyə sualı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi həmkarları isə onu tənqid edib. 


Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında tənqidlərə normal yanaşdığını bildirib: “Hər kəsin öz düşüncə tərzi var və fikirlərə hörmətlə yanaşıram. Mən oyunun gedişatına görə sual vermişəm. Matçı canlı izlədiyimdən Mxitaryanın iki dəfə rəqib oyunçuya ötürmə verdiyini gördüm. Birində rəqib lap əks hücum yaratdı. Bundan əlavə, Mxitaryan “Mançester Yunayted”ə transfer olandan bu yana da yaxşı oyun göstərə bilmir. Mən də soruşdum ki, onu komandadan göndərmək haqda düşünürsünüz? Orda heç erməni adı da çəkilməyib. Mxitaryanın pis oynadığını İngiltərə mətbuatı da yazıb. Bir də qeyd etmək istəyirəm ki, Mourinyo kimi dahi məşqçiyə azərbaycanlı jurnalist kimi sual verməyi mən özümə fəxr bilirəm. İstər peşəkar,istərsə də qeyri-peşəkar olsun. Ən azı Mourinyo biləcək ki, Azərbaycan jurnalistlərinin xaricə gedib neytral oyunları izləmək potensialı da var. Mxitaryan oyunu ilə öz qiymətin aşağı salıb onsuzda. Mən də istədim bunu aşılayam”.


Həmin anları 6:55-ci dəqiqədən sonra izləyə bilərsiz.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyoya-ermni-il-bal-sual-vern-azrbaycanl-dand-t53926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR