Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Şakirə "Avroviziya-2017"nin iştirakçısı ola bilər - foto

Şakirə "Avroviziya-2017"nin iştirakçısı ola bilər - foto

Date: 5 November 2016 11:31

Kolumbiyalı müğənni Şakira "Avroviziya-2017" musiqili müsabiqənin iştirakçısı ola bilər.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu müğənninin sosial şəbəkədə paylaşdığı şəkildən belə qənaətə gəlinir. Belə ki, Şakira arxa fonda Kiyev, Lyuksemburq, Budapeşt, Macarıstan, Belqrad və s. kimi ölkələrin adları yazılan foto paylaşaraq, altından "günün selfisi" yazıb.

Məlumata əsasən, müğənninin yaxın vaxtlarda dünya turnesi gözlənilmədiyi üçün, bu şəkil "Avroviziya-2017" mahnı müsabiqəsinə bir işarədir.

Qeyd edək ki, bu ilki müsabiqədə Ukrayna təmsilçisi Camala qalib gəldiyindən, gələn il "Avroviziya-2017" Kiyevdə keçiriləcək.


Tags:  Şakirə Avroviziya-2017nin iştirakçısı ola bilər foto

RƏYLƏR


Top news