Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygün Səmədzadə "O ses Türkiye"dəki hörmətsizlikdən danışdı

Aygün Səmədzadə "O ses Türkiye"dəki hörmətsizlikdən danışdı

Date: 5 November 2016 11:37

"O ses Türkiye" yarışının budəfəki buraxılışında Azərbaycan musiqisi ilə bağlı kobudluğa yol verilib. Belə ki, layihəyə qatılan Güray Gültay Müğe Genc cütlüyü musiqisi əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsus "Tut ağacım" mahnısını səsləndirsələr də, əsərin müəllifini qeyd etməyiblər. İştirakçılar hətta mahnının müəllifinin "anonim" olduğunu dilə gətiriblər.

Primetime.az saytına açıqlama verən A. Səmədzadə verilişdə müəllifi olduğu mahnının anonim kimi qeyd edilməsindən narazı olduğunu bildirib:

"Təsadüfən baxdım və deyim ki, mahnımın türk müsabiqəsində oxunmasını sevindirici hal kimi dəyərləndirirəm. Amma bir müəllif və azərbaycanlı kimi ən məşhur mahnılarımızdan olan "Tut ağacım"ın anonim kimi verilərək müəlliflik hüququmun pozulmasını mənfi hal hesab edirəm. Düşünürəm ki, Azərbaycan mahnılarına bu qədər gözəl münasibət bəsləyən türk ifaçıları onların müəlliflərinə də ehtiram göstərməlidirlər.

Bu anonim sindromu çözülməlidir. Biz zəngin musiqi mədiyyətinin təmsilçiləriyik. Yaradıcılığımıza hörmət yaşadığı və oxuduğu yerdən asılı olmayaraq hər kəsin borcudur".

Qeyd edək ki, Aygün Səmədzadə İstanbul Şəhər Teatrında səhnəyə qoyulmuş əsərə musiqi yazıb.

Milli.Az


Tags:  Aygün Səmədzadə ses Türkiyedəki hörmətsizlikdən danışdı

RƏYLƏR


Top news