Film kimi cinayət: Tələbə qız zorlandı, qatil oldu - FOTO

Film kimi cinayət: Tələbə qız zorlandı, qatil oldu - FOTO
11:52 5 Noyabr 2016
531 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə qətl hadisəsi törədilib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, qətli 24 yaşlı tələbə Semra Ç. törədib. O, ona təcavüz etmək istəyən taksi sürücüsünü öldürüb.

Hadisə Zekeriyaköydə baş verib. İstanbul Universitetinin tələbəsi, 24 yaşlı Semra Ç. uzun müddətdir ki, sürücüsünü tanıdığı taksiyə minib. Onlar bir müddət münasibət yaşayıblar. Qız haraya getsə, sürücü ona yoldaşlıq edib. 

Lakin bir gün qız bezərək sürücüdən ayrılmaq istədiyini bildirib. Sürücü isə onu təhdid edib. O, qapıları bağlayaraq taksidən düşmək istəyən qızı zorlamaq istəyib. O, qıza: "Bu gün ya mənim olacaqsan, ya da ikimiz də öləcəyik", - deyərək maşını sürətlə kimsənin olmadığı məkana sürüb. 

Bundan qorxuya düşən qız özünü müdafiə etmək üçün maşının əyləci tərəfdə olan kəsici alətlə sürücüyə zərbələr endirib. Ağır yaralanan sürücü maşında keçinib. Bu anda nə edəcəyini bilməyən qız maşını benzin bitənə kimi mərkəzə doğru sürüb. Benzin bitəndə isə qız polisə gedərək təslim olub.

Məsələ ilə bağlı cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR