Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobilin kabinəsindən psixotrop maddə çıxdı

Avtomobilin kabinəsindən psixotrop maddə çıxdı

Date: 5 November 2016 12:12

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı avtomobilin kabinəsində üzərində "XANAX 0,5 mg ALPRAZOLAM" sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Avtomobilin kabinəsindən psixotrop maddə çıxdı

RƏYLƏR


Top news