Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistanın baş naziri Azərbaycana gəldi

Ermənistanın baş naziri Azərbaycana gəldi

Nalbandyan təcili Azərbaycana GƏLDİ (01 Mart 2017 18:58)

Tarix: 5 Noyabr 2016 12:13

Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, erməni baş nazir Qarabağda separatçı “Dağlıq Qarabağ Respublikasının prezidenti” Bako Sahakyanla görüşüb.

Görüş zamanı Karen Karapetyan son günlər Azərbaycan Milli Ordusunun təmas xəttində keçirdiyi hərbi təlimlərdən ciddi narahatlıq keçirdiyini etiraf edib.

K.Karapetyan aprel döyüşlərinin təkrarlanma riskinin artdığını da söyləyib.

Bako Sahakyan isə erməni baş nazirdən separatçı “Dağlıq Qarabağ Respublikasına” maliyyə yardımı ayırmasını xahiş edib.

Vasif Həsənli


Teqlər:  Ermənistanın baş naziri Azərbaycana gəldi



RƏYLƏR


Top xəbərlər