Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qapıçı pulsuzluğa görə butslarını satışa çıxardı - FOTO

Qapıçı pulsuzluğa görə butslarını satışa çıxardı - FOTO

Date: 5 November 2016 12:17

Belarusun "Naftan" futbol komandasının qapıçısı İqor Dovqyallo öz butslarını satışa çıxarıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-a 31 yaşlı qolkiperin özü açıqlama verib. Dovqyallo komandanın maliyyə problemlərinə diqqətin cəlb olunması üçün belə qərara gəldiyini bildirib. O, butslarına 50 Belarus rublu (təqribən 25 dollar) qiymət qoyub. "Əlbəttə, artıq pul mane olmur. Amma bu addım daha çox klubun maliyyə problemlərinə diqqət çəkmək üçün atılıb", - deyə təcrübəli qapıçı bildirib.
Uzun müddətdir maliyyə problemləri yaşayan "Naftan"ı ötən yay baş məşqçi Valeri Skripeykis tərk edib. Sona 3 tur qalmış bu komanda Belarus çempionatında 14-cü pillədə qərarlaşıb. Dovqyallo isə Novopolotsk komandasında 2012-ci ildən çıxış edir.

Qeyd edək ki, hazırda "Naftan"da 2009-cu ilin yayında "Neftçi"də baxışda olan, amma müqaviləni artıq fəaliyyətini dayandırmış "Simurq"la bağlayan və bir mövsüm Zaqatala komandasının formasını geyinən yarımmüdafiəçi Ruslan Qunçak da çıxış edir.

Milli.Az



Tags:  Qapıçı pulsuzluğa butslarını satışa çıxardı FOTO

RƏYLƏR


Top news