Bakıda uşaqlar arasında moda müsabiqəsi keçirildi - fotolar

Bakıda uşaqlar arasında moda müsabiqəsi keçirildi - fotolar
12:21 5 Noyabr 2016
330 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda Dövlət Bayraq Gününə həsr olunan Uşaq Moda müsabiqəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə ilk olaraq Azərbaycan və Türkiyə bayraqları səhnəyə gətirilib. Mərasimin təşkilatçıları bəstəkar Sevinc Tofiqqızı, "Məktəb guşəsi" jurnalının baş redaktoru Məzahir Məmmədli olub. Gecədə bir çox incəsənət xadimləri, şirkət rəhbərləri qonaq olub.
 
Gənc modelyerlər Azərbaycan bayrağını özündə əks etdirən libaslar nümayiş etdiriblər. Balaca modellər podiumda libasları nümayiş etdiriblər. 

Münsif kürsüsündə modelyer Zümrüd Mirzəliyeva, stilist Anar Ağakişiyev, S.Tofiqqızı, rejissor Könül Əlizadə, "Gəncliyə Yardım" Fondunun vitse-prezidenti Salman Əliyev, müğənnilər Səidə Dadaşova və Aslan Hüseynov əyləşib.

Birinci yerə Aysel Davudqızı, ikinci Röya Rüstəmova, üçüncü Ella Bağırova və Kamil İsmayılov layiq görülüb.

Gecənin sonunda müğənnilərin ifasında konsert keçirilib.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR