"Azərikimya"nın zavodu yenidən qurulacaq - İki müqavilə

"Azərikimya"nın zavodu yenidən qurulacaq - İki müqavilə
12:27 5 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyi Sumqayıtda "Etilen-Polietilen" zavodunun yenilənməsi və rekonstruksiyası çərçivəsində iki yeni müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihələndirmə, tikinti və satınalma barədə müqavilə İtaliyanın "Technip Italy" şirkəti ilə imzalanıb.

Layihənin idarə olunması ilə bağlı məsləhət xidmətləri barədə müqavilə isə "SOCAR-KBR" birgə müəssisəsi ilə imzalanıb.

Rekonstruksiya layihəsi mərhələli şəkildə 2019-cu ilədək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR