Azərbaycanlı futbolçu qol vurdu, alman klubu sevindi

Azərbaycanlı futbolçu qol vurdu, alman klubu sevindi
12:27 5 Noyabr 2016
127 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimal-Şərq Regional Liqasında XIII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu "Moyzelvits" doğma meydanda "Viktoriya 1889 Berlin"lə qarşılaşıb. 


Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0. Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. Komandasına qələbə qazandıran qola da 31-ci dəqiqədə məhz Rüfət imza atıb. Bu onun cari mövsümdə keçirdiyi 13-cü oyunda vurduğu 4-cü qololub.


Qeyd edək ki, 13 turdan sonra "Moyzelvits" 12 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-qol-vurdu-alman-klubu-sevindi-t53927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR