Belə MİLYONÇU olar? Ucuz kafe, avtobusdan istifadə, bahalığına görə saç kəsdirməyən... - FOTOLAR

Belə MİLYONÇU olar? Ucuz kafe, avtobusdan istifadə, bahalığına görə saç kəsdirməyən... - FOTOLAR
12:38 5 Noyabr 2016
192 Digər
Ölkə mətbuatı
A- A+

Avtobusdan yıxılan gənc ölümlə burun-buruna - VİDEO (20 İyun 2017 20:13)
Tropik bitkilərlə bəzənmiş kafe - FOTO (30 May 2017 06:32)
Bakıda keçmiş kafe sahibi şlanqla döyüldü (15 Aprel 2017 15:32)

IKEA-nın necə yaranması, bu adın nədən qaynaqlanması çoxları üçün sirdir. Belə bir nəhəng mebel və ev əşyalarının pərakəndə satış mərkəzini yaratmaq kimin ağlına gəlib?

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində IKEA ticarət şəbəkəsi haqqında yazını təqdim edir:

Qonşulara kibrit satır

İnqvar Kamprad 1926-cı ilin martın 30-da İsveçin cənubunda anadan olub. Uşaqlığı Agunnardi yaxınlığındakı Elmtardi fermasında keçib. Kiçik yaşlarından biznesə maraq göstərən Kamprad Stokholmdan aldığı ucuz kibritləri bir qədər baha qiymətə qonşulara, məktəb yoldaşlarına sataraq pul qazanmağa başlayıb. Yaxşı gəlir əldə etdiyindən biznesini genişləndirmək qərarı verib. Eyni vaxtda balıq, qələm, Krismas üçün bər-bəzək əşyaları satıb. Bu xırdavat ticarəti onun üçün çıxacağı yolda həm də məktəb olub.

Ali təhsil almır

İ.Kamprad ali təhsil almayıb. Hətta iddia edilir ki, orta məktəbdə müəllimlər uzun müddət ona oxumağı öyrədə bilməyiblər. Bununla belə gələcəyin iş adamı 1945-ci ildə ali biznes məktəbindən məzun olub. Bu da onun həyatında yeganə professional təhsil kimi dəyərləndirilir.

IKEA necə yaranır?

Bioqraflar hesab edir ki, İ.Kampradın hazırda sahib olduğu biznes ona miras qalıb. Bununla bərabər o da bəllidir ki, 1897-ci ildə babasının şirkəti iflasa uğrayıbmış. Hətta ailənin başçısı borclarını ödəyə bilmədiyindən intihar edibmiş. Arxivlərə görə, Kamprad ailəsini ac qalmaqdan o zaman İnqvarın nənəsi Françiska xilas edir.

O ki qaldı İnqvarın necə ciddi biznesmenə çevrilməsinə, məktəb yoldaşları futbol oynayanda, əylənəndə o, pul qazanmağın yollarını axtarırmış. 17 yaşında atasından təhsil adı ilə aldığı pulu kənarda yığdığı vəsaitin üzərinə qoyub IKEA-nı yaradır. Şirkətin ilk iki hərfi iş adamının adı və soyadının baş hərflərindən, üçüncü hərf yaşadığı fermanın baş hərfindən, sonuncu hərf isə yaşadığı qəsəbənin baş hərfindən götürülüb. İnqvar IKEA-nı məhz təchizatçılarla münasibətləri korlamamaq məqsədilə yaradıb. Çünki onlar biznesin leqallaşdırılmasını tələb edirdilər. IKEA ilk vaxtlarda xırdavat ticarəti ilə məşğul olub. Ən böyük tələbat isə “avtomant” qələmə imiş. 1940-cı illərin əvvəllərində bu qələmlər hətta İsveçin özündə belə yeni idi. İnqvar tələbi ödəmək üçün banklardan birindən 500 kron kredit (o zamanın məzənnəsi ilə 63 dollar) götürüb Parisdən 500-ə yaxın qələm idxal edir. Özünün sonradan verdiyi açıqlamaya görə, bu onun aldığı ilk və son kredit olur.

Doğuşdan tacir

İnqvar Kamprad doğuşdan tacir olur. Biznes, marketinq haqqında bir kitab oxumadığı halda bu sahənin sirlərini gözəl mənimsəyir. Məsələn, müştərilərin ürəyini ələ almaq üçün ilk mağazasının açılışına gələnlərə kökə və kofe vəd edir. Onun bu ideyası partlayır. Yüzlərlə insan açılışa gəlir. İnqvarın beyninə mağazalarda ayaqüstü qəlyanaltı restoranları açmaq ideyası dolur. Nəticədə gələcəkdə IKEA-nın bütün mağazalarında restoranlar açılır.

IKEA mebel satmağa başlayır?

Ötən əsrin əvvəllərində İsveçdə mebel çoxları üçün dəbdəbənin nümayişi sayılırdı. Çünki həddən artıq baha idi. İ.Kamprad bu sahədə də bəxtini sınamaq qərarına gəlir. 1948-ci ildə mebel biznesinə daxil olur. Kiçik mebel istehsalçıları ilə danışır və dükan açır. Bu IKEA-nın fəaliyyətində dönüş nöqtəsinə çevrilir. İnsanlar ilk dəfə sifariş vermədən mebelə toxunmaq şansı qazanırlar. İnqvarın dükanının assortimentini isə iki mebel – qəhvə rəngində stol və qoltuqaltı olmayan kreslo təşkil edir. Bir maraqlı faktı da qeyd edək ki, İnqvar Kamprad kodları yadda saxlaya bilmədiyindən mebelləri İsveç adları ilə qeydiyyata alır. Məsələn, sözügedən qoltuqsuz kreslonun adı “Rut” olur. Bu gün də IKEA mağazalarında bütün əşyalar rəqəmsal kodlara deyil, adlara malikdir.

İş adamı mebellərinin təbliğatını da qurur. “IKEA xəbərləri” adlı broşura çap etdirir. Bu broşura həm də mebellərin ilk kataloqu olur. Alverin artdığını görən İnqvar Kamprad sexlərə ucuz stul modeli sifariş verir. Özü bu haqda belə deyir: “60 baha stul satmaqdansa, qiymətləri endirib 600 stul satmaq daha sərfəlidir”.

İ.Kamprad 1950-ci ildə İsveçin köhnə zavodlarında birin alaraq orada mebel istehsalına başlayır. Beləliklə bahalı əşya sayılan mebel İsveçdə hər kəs üçün əlçatan olur. Bu da bazardakı rəqiblərinin qəzəbinə gətirib çıxarır. Mebel satıcılar İsveç Milli Assosiasiyası aparıcı taxta istehsalçılarını IKEA ilə əməkdaşlığı kəsmək üçün tənbeh edir. Bu cür maneə çoxları üçün çöküş rolunu oynaya bilərdi, lakin İ.Kamprad üçün yox. O, mebel istehsalı ilə bağlı ləvazımatları Polşadan almağa başlayır. Bununla da şirkətinə daha bir yeni ənənəni – xammalı ucuz olan ölkələrdən sifariş verməyi gətirir.

Mebel və ev alətlərinin pərakəndə satış mərkəzləri

1960-cı ildə iş adamı Amerikaya səfər edir. Orada “Cash&Carry” ticarət şəbəkəsini görür və bəyənir. Ölkəsinə qayıdan kimi 1963-cü ilə Stokholum ətrafında IKEA adlı mebel və ev alətlərinin pərakəndə satışı mərkəzini açır.

IKEA bu gün

İ.Kampra imperiyasını ilmə-ilmə toxuyur. IKEA şirkəti International Group-a çevrilir. Bu gün həmin qrup dünyada ən böyük mebel və ev əşyaları satan ticarət şəbəkəsi sayılır. Belə ki, IKEA adı altında çoxu Avropada olmaqla dünya üzrə 235 mağaza fəaliyyət göstərir. Orada satılan məhsullar hər il çap edilən (160 milyon ədəd) kataloqda əksini tapır. Kataloqlarda azı 12 000 məhsul yer alır. Ən əsası da kataloqlar müştərilərə poçt və dükanlar vasitəsilə pulsuz paylanır. Bundan əlavə IKEA mağazalarında IKEA Food adlı restoranlar fəaliyyət göstərir. Əsasən milli mətbəxə aid yeməklər təqdim edən restoranın ən məşhur menyusu İsveç küftəsidir.

Onu da bildirək ki, 2002-ci ildə IKEA daxildə 11,2 milyard dollar öz brendinin satışını reallaşdırır. Satıcı İ.Kampradın Lixtenşteyində qeydiyyatdan keçirdiyi “Interogo”şirkəti olur. Alıcı qisminə isə IKEA-nın Hollandiyadakı törəmə şirkəti Ikea Systems çıxış edir. Qiymətləndirmə qurumları bu konsolidasiyanı şirkətin bazar dəyərinin artması baxımından mühüm addım kimi dəyərləndirirlər. Şirkətin topdansatış bölümü İsveçrədən, kassa və idarəetmə işləri isə Belçikadan idarə olunur. Hər iki ölkə vergi şərtlərinin yüngül olmasına görə sərfəli hesab edilir.

IKEA-nın gəlirinə gəlincə, 2014-cü ildə şirkətin gəliri 29 293 milyard dollar olub. İşçilərinin sayı isə 172 min nəfər təşkil edib. “Bloomberg”in iyun ayına olan dəyərləndirməsinə əsasən, IKEA-nın dəyəri 41 milyard dollardır. İnqvar Kampradın şəxsi sərvəti isə 3.4 milyard dollardır.

İnqvar Kamprad - dünyanın ən xəsis adamı

İş adamının xəsisliyi dillərə dastandır. Ucuz restoranlarda nahar edir, təyyarələrdə ucuz biletlərdən istifadə edir, hamı kimi avtobusla gəzir və üç ulduzlu mehmanxanalarda gecələyir. Öz məzuniyyətini isə doğma İsveçdə hər hansı bir çayın qırağında balıq tutaraq keçirir.

İnqvar tabeliyində olan işçilərindən vərəqin hər iki üzündən istifadə etməyi tələb edir. Onun evində "köhnə kürsü və gözəl saat" istisna olmaqla bütün mebellər IKEA mağazasındandır. Bununla yanaşı, İnqvar 32 ildir eyni kürsüdən istifadə edir. Bu haqda belə deyir: "32 ildir onu istifadə edirəm. Həyat yoldaşım hesab edir ki, kürsünün materialı artıq çirklənib və mənə yenisi lazımdır. Amma o yenidən heç fərqlənmir. Pula qənaət etmək üçün “second-hand” mağazalarından, bazarlardan geyim almağa üstünlük verirəm. Yeni aldığım əşyalarımın olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Bununla müsbət nümunə olmaq istəyirəm.

Nəzərə çatdıraq ki, milyarder Amsterdamda bərbərin saç kəsimi üçün ondan 22 avro istəməsindən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirir.

Ailəsi

Kamprad ailəsinin həyatı möcüzələrlə doludur. Yuxarıda bildirdiyimiz kimi nənəsi onları ac qalmaqdan xilas edib. Anası isə uzun müddət ölümcül xəstəlikdən - xərçəngdən əziyyət çəkib və 53 yaşında vəfat edib. Bu hadisədən sonra İnqvar Kamprad xərçəng xəstəliyinin araşdırılması ilə bağlı fond yaradıb.

O ki qaldı İnqvar Kampradın şəxsi həyatına iki dəfə evli olub. Birinci həyat yoldaşı Kerstinq Uoldinqlə cəmi 3 il birgə yaşayıb: “Biz çox erkən evlənmişdik. O, İsveç radiosunda katib işləyirdi. Birlikdə xoşbəxt bir neçə il keçirdik. Kerstinq ilk illər mənə çox kömək etdi. Lakin vaxtımın böyük hissəsini işə sərf etməyim onun xoşuna gəlmirdi. Başqa həyat istəyirdi. Beləliklə biz tədricən bir-birimizdən uzaqlaşmağa başladıq. Düşündük ki, bu övladımızın olmaması səbəbindən irəli gəlir. Bir qız uşağını övladlığa götürdük. Bu, sadəcə prosesi ertələdi. Boşanma haqqında qərar verəndə depressiyaya düşdüm və bunu şəxsi həyatımda uğursuzluq kimi dəyərləndirdim. Boşandıqdan sonra həyat yoldaşım o qədər şey tələb etdi ki, hətta vəkili belə təəccübləndirdi. Nəhayət ortaq rəqəmdə razılığa gəldik. Amma bu məndə dərin bir iz buraxdı. Bir müddət sonra. Kerstinq xəstələndi və gəncliyində keçirdiyi vərəm xəstəliyindən vəfat etdi”.

Milyarder ikinci həyat yoldaşı – Marqaret Stenner (ixtisasca müəllimə) ilə İtaliyada səyahət zamanı tanış olub. 1963-cü ildə evlənən cütlüyün bir il sonra oğulları Piter dünyaya gəlib. Bundan sonra Marqaret daha 2 oğlan uşağı da doğub.

Onu da qeyd edək ki, İ.Kamprad 1976-cı ildə İsveçdən köçərək İsveçrədə məskunlaşıb. Buna səbəb kimi İsveçdə vergilərin həddən artıq yüksək olması gətirilir.

Varislər

İş adamının oğlanlarının hər üçü onun biznesində iştirak edir. Lakin şirkətə hələ də 90 yaşlı İ.Kamprad rəhbərlik edir. Bunu belə izah edir: “Bir şirkətdə iki rəhbər olmaz”.

Maraqlı faktlar

IKEA brendinin yaradıcısı ilə bağlı yuxarıda artıq bir faktı – xəsis olmasını qeyd etdik. Daha bir maraqlı fakt onun müəyyən müddət alkoqoldan əziyyət çəkməsidir. Eyni zamanda İ.Kamprad gəncliyində faşistlərə simpatiyası ilə seçilib. Buna görə hətta xalqdan üzr istəyib.

L.Əliyeva

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03

Bu gün növbəti buraxılış imtahanları keçirilir

23 İyun 2017 08:01

Formula 1 – Azərbaycan Qran-Prisi başlayır

23 İyun 2017 08:01

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

23 İyun 2017 07:52

SOCAR prezidentinin müşaviri dünyasını dəyişib

23 İyun 2017 07:47

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23 İyun 2017 07:43

Hərbi vertolyot qəzaya uğradı

23 İyun 2017 07:43